Saat:20:04
Haqqımızda

11 sentyabr terrorunun təşkilatçısının sənətkar oğlu gördüyü dəhşətlərdən danışdı: soyadım...

2022-12-02 12:35:00

11 sentyabr terrorunun təşkilatçısının sənətkar oğlu gördüyü dəhşətlərdən danışdı: soyadım...

11 sentyabr hücumlarının memarı Usamə Bin Ladenin dördüncü oğlu olan Ömər Bin Laden uşaqlıq travmalarından danışıb.

Hurriyyet.az xəbər verir ki, atasından fərqli yollar seçdiyini deyən Ömər bin Laden soyadındakı lənətin hələ də onu izlədiyini deyib.

Usamə Bin Ladenin birinci həyat yoldaşından dördüncü oğlu olan Ömər Bin Laden 1981-ci ildə anadan olub. Sovet İttifaqının Əfqanıstanı işğal etməsindən sonra başlayan müqavimət çətin coğrafi şəraiti ilə tanınan Əfqanıstana “mücahidlərin” böyük bir köçü başlayıb. Əl-Qaidə də belə bir atmosferdə quruldu. Usamə Bin Laden ABŞ əleyhinə çıxışlarına görə Səudiyyə Ərəbistanından sürgün edilib və 1992-ci ildə Sudanda məskunlaşıb. ABŞ-ın təzyiqi ilə 1996-cı ildə buradan ayrılaraq Əfqanıstana gedib və Əl-Qaidə əməliyyatlarına rəhbərlik edib. Bir müddət sonra Ömər Bin Laden atasından fərqli bir yolla getməyə qərar verib və belə bir həyat sürə bilməyəcəyini deyərək, Usamə Bin Ladendən uzaqlaşıb.

“Terror imperiyasının” varisi kimi böyüdülən rəssam

“Terror imperiyasının” varisi kimi böyüdülən Ömər silahlarla tanışlığından da bəhs edib:

“Evdəki xidmətçilərdən biri yanına gəlib atamın məni çağırdığını deyəndə, nə olacağından xəbərsiz həyətə doğru getdim. Çölə çıxanda diqqətimi ilk olaraq atamın yanında olan adamların əlindəki AK-47-lər çəkdi. Az sonra sevimli itlərim bağçaya gətiriləndə dünyam başıma yıxıldı. İlk dəfə silahların canlılar üzərindəki təsirini həmin itlər üzərində aparılan sınaqlarla öyrəndim.

Atamın qurbanlarından biri də mənəm”, - o söyləyib.

Bu gün 41 yaşı olan Ömər Bin Laden gənc yaşlarından silahlarla bağlı daim məlumatlandırıldığını bildirib:

“Atamın dostu tərəfindən mənə hədiyyə edilən itim Bobbi üzərində silahlarını sınadılar. Bunu edəndə, məni düşünmədilər və atamın əmri olduğunu söylədilər.

Uşaqlığım gizlənərək, bir yerdən başqa yerə köçməklə keçib. Mən heç vaxt bir yerə bağlana bilməmişəm”.

Bu gün sənətçi kimi həyatını davam etdirən Ömər Bin Laden zaman-zaman Avropa şəhərlərində açdığı sərgilərlə gündəmə gəlməyə davam edir. Oğul Ladin rəsmlərini 8 min 500 funt sterlinqə (təxminən 18 min AZN) sataraq həyatına davam edir.

“Gündən-günə çox məşhur bir sənətkar oldum” deyən Ömər Bin Laden Əfqanıstan keçmişindən sonra ən çox dağlarda işləməyi xoşladığını ifadə edib:

“Dağlar məni toxunulmaz hiss etdirir və güvən verir. Ona görə də ən çox orada işləməyi xoşlayıram”, - deyə o bildirib.

Ömər Bin Laden 2006-cı ildə özündən 25 yaş böyük Ceyn Feliks Braun ilə ailə həyatı qurub. 51 yaşlı və 5 dəfə evlənən Braun daha sonra İslamı qəbul edib və adını dəyişərək Zaina qoyub. Bu gün Fransanın şimalında Normandiyada yaşayan cütlük İngiltərəyə yerləşmək üçün viza müraciətlərinin nəticəsini gözləyir.

"Atam dediklərimi eşidəndə çox məyus oldu"

Ömər Bin Laden hələ 15 yaşında ikən atasının “mirası”nı davam etdirmək üçün seçildiyini deyib:

“Atam heç vaxt məndən “Əl-Qaidə”yə qoşulmağı tələb etməyib. Lakin işini davam etdirmək üçün məni seçdiyini dedi. Ona belə bir həyat üçün uyğun olmadığımı söylədim. Bunu eşidəndə çox məyus olduğunu hiss elədim”.

Ömər Bin Laden 11 sentyabr hücumlarından bir müddət əvvəl atası ilə yollarını ayırıb. 

“Bütün bunlar baş verməmişdən əvvəl atamla sağollaşdım və ondan ayrıldım. Onu tərk etdiyim üçün çox məyus görünürdü”.

Rəssam Ömər Bin Laden atası 2011-ci ildə Pakistanda öldürülənə qədər heç vaxt onunla görüşməyib.

“Ona nə etdiklərini bilmirəm. Dedilər ki, onu öldürüb dənizə atıblar, amma inanmıram. Düşünürəm ki, onlar atamı ABŞ-a aparıblar ki, səlahiyyətlilər görsünlər”.

“Ailə həmişə ailədir”

Ömər Bin Laden atasını hələ də sevib-sevmədiyini sualına “Nə olursa olsun, ailə həmişə ailədir" cavabını verib. 

Əl-Qaidə və atasından uzaqlaşdıqdan sonra yeni həyata addım atacağına və problemləri geridə qoyacağına inandığını dilə gətirən Ömər Bin Laden insanların ona hələ də soyadına görə qərəzlə yanaşdığını bildirib. 

Uşaqlığı Əl-Qaidə ilə əhatə olunmuş bir mühitdə keçirdiyi üçün keçirdiyi travmaların həyatına təsir dən rəssam indi də bu problemlərlə mübarizə aparır və dərmanlar qəbul edir:

“Bütün pis anları unutmağa çalışıram. Bu, çox çətin bir şeydir. Hər zaman əzab çəkirsiniz”.

olke.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR