11 ildən sonra İLK DƏFƏ - Müdafiə nazirləri bu məsələləri MÜZAKİRƏ ETDİ

2022-12-29 15:54:00

11 ildən sonra İLK DƏFƏ - Müdafiə nazirləri bu məsələləri MÜZAKİRƏ ETDİ

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar dünən Milli İstihbarat Təşkilatının (MIT) rəhbəri Hakan Fidan ilə birlikdə Rusiyaya gedib.

Hurriyyet.az xəbər verir ki, onlar Moskvada Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Suriyanın müdafiə naziri Əli Mahmud Abbas, həmçinin Rusiya və Suriya kəşfiyyatının rəhbərləri ilə görüşüblər.

Qeyd edək ki, bu, Türkiyə və Suriya müdafiə nazirlərinin 11 ildən sonra ilk rəsmi təmasıdır.

Rusiya Müdafiə Nazirliyinin əsas binasında baş tutan görüş mətbuata qapalı keçirilib.

"Görüşdə Suriya böhranı, qaçqın problemi və Suriyadakı bütün terror təşkilatlarına qarşı birgə mübarizə müzakirə edilib. Konstruktiv atmosferdə keçən görüş nəticəsində Suriyada və regionda sabitliyin təmin edilməsi və qorunub saxlanılması məqsədilə üçtərəfli görüşlərin davam etdirilməsi razılaşdırılıb", - Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Rusiya Müdafiə Nazirliyi də təmasların davam edəcəyini açıqlayıb.

Suriyanın şimalında terror təşkilatı PKK-ya qarşı əməliyyatlar həyata keçirən Türkiyə Rusiyadan Suriya hava məkanını türk döyüş təyyarələrinin üzünə açmasını tələb edib. İclasda bununla bağlı qərarın qəbul edilib-edilmədiyi açıqlanmayıb.

Xatırladaq ki, ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya-Türkiyə-Rusiya üçlüyü olaraq bir addım atmaq istədiklərini bəyan edib: "İlk növbədə kəşfiyyat təşkilatlarımız, müdafiə nazirlərimiz, xarici işlər nazirlərimiz bir araya gəlməlidir. Sonra isə liderlər görüşməlidir”.

musavat.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.151530