“11-ci sinfi qurtaranlar film çəkir” — VİDEO
2025-03-27 23:16:54

"Axı indi ssenarist yazıçılarımız da yoxdur. O vaxtı ssenari yazanlarımızın hamısı Moskvada ssenarist kurslarını oxuyub, gəlirdilər”.
Hurriyyet.az News24.az-a istinadən xəbər verir ki, bu sözləri "Liatris" Holdinqin rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyevanın layihəsi olan "Qaranlıqda həqiqət"in qonağı, Xalq artisti Valeh Kərimov deyib.
“İndi cavan uşaqlar 11-ci sinfi qurtarırlar deyirlər ki, atam mənə kamera alıb gedək bir film çəkək. Vəssalam 10 nəfər yığıldılar bir dənə serial çəkdilər. Bu film deyil axı", - deyə o bildirib.
