Saat:18:08
Haqqımızda

“10 manata fəhlə işləyirəm, dolana bilmirik” – CƏLİLABAD SAKİNİNİN ŞİKAYƏTİNƏ AÇIQLAMA GƏTİRİLDİ

2024-10-03 12:39:57

“10 manata fəhlə işləyirəm, dolana bilmirik” – CƏLİLABAD SAKİNİNİN ŞİKAYƏTİNƏ AÇIQLAMA GƏTİRİLDİ

Cəlilabad rayonu, Privolnoye kənd sakini Vəliyev Mehdi Səyahət oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, ünvanlı sosial yardım verilməməsinə etiraz edir:

“Mən, Vəliyev Mehdi Səyahət oğlu, yazaraq sizdən xahiş edirəm ki, şikayətimi işıqlandırasınız.

Bildirim ki, 3 azyaşlı uşağım var. Ünvanlı sosial yardım almaq üçün müraciət etdim, gəlib baxış keçirdilər, sonra isə imtina cavabı gəldi.

Gündəlik 10 manata fəhlə işləyirəm. 10 manat pul ilə dolana bilmirik. Səlahiyyətli şəxslərdən xahiş edirəm ki, bizə kömək etsinlər”.

Cəlilabad rayon sakini Həsənova Ülviyyə Ağabək qızının 14 may 2024-cü il tarixində ünvanlı dövlət sosial yardımla bağlı elektron sistemə müraciətınə əsasən ailənin yaşadığı ünvanda maddi-məişət şəraitinin müayinəsi həyata keçirilib. Lakin ailənin gəlirlərinin düzgün qeyd edilməməsi səbəbindən müraciətə imtina verilib. Ailənin ünvanlı sosial yardımla bağlı elektron sistemə sonuncu müraciəti 2 oktyabr 2024-cü il tarixində olub. Qeyd edək ki, ünvanlı dövlət sosial yardımının alınması üçün müraciətlər 15 iş günü müddətində araşdırılır və müvafiq qərarlar barədə məlumat “Ərizə-bəyannamə”də qeyd olunmuş əks-əlaqə vasitəsinə göndərilir.

Aynurə İSMAYIL

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.000092