Saat:05:09
Haqqımızda

10 ildən sonra Macarıstanla Ermənistan arasında diplomatik əlaqələr bərpa olunur

2022-12-02 10:15:00

10 ildən sonra Macarıstanla Ermənistan arasında diplomatik əlaqələr bərpa olunur

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Macarıstanın Xarici İşlər və Xarici Ticarət naziri Peter Siyyarto “Feysbuk” səhifəsindəki açıqlamasında ölkəsi ilə Ermənistan arasındakı diplomatik əlaqələrin bərpa olunması məsələsində razılaşdıqlarını bəyan edib. O, Macarıstan ilə Ermənistan arasında diplomatik əlaqələrin kəsilməsindən bəri 10 ildən artıq vaxt keçdiyini, lakin son dövrdə aparılan müzakirələr nəticəsində iki ölkə arasında diplomatik münasibətlərin yenidən qurulmasının qərara alındığını bildirib. Siyyarto yazıb: “İki xristian ölkəsindən danışarkən düzgün olanı budur. Növbəti addım qarşılıqlı şəkildə səfirlərin təyin edilməsidir”.

2004-cü ilin yanvar ayında azərbaycanlı hərbçi Ramil Səfərov Müdafiə Nazirliyinin sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub. Ramil Səfərov vətənə dönməyə 20 gün qalmış — fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə öldürüb. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib. Həbsxanada keçirdiyi 8,5 il müddətdən sonra Ramil Səfərov 31 avqust 2012-ci ildə, “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyası əsasında Bakıya gətirilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə cəza çəkməkdən azad edilərək əfv edilmişdir.

Ermənistan Ramil Səfərovu Azərbaycana təhvil verdiyi üçün Macarıstanla diplomatik əlaqələri kəsmişdi.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR