"1 həftə sonra Laçın şəhəri yenidən azadlığına qovuşacaq" - VÜQAR BAYRAMOV

2022-08-18 12:29:00

"Əgər kimlərsə respublikaların keçmiş statistikalarına inanmırlarsa, o zaman SSRİ dövründəki əhalinin siyahıya alınması ilə bağlı rəqəmlərə diqqət yetirsinlər"

"Bəzi xarici kütləvi informasiya vasitələrində 2013-cü ildən sonra Yaxın Şərqdən gətirilərək Laçın şəhərində qeyri-leqal məskunlaşdırılmış erməni ailələrinin evlərini tərk etməsi az qala faciə kimi təqdim edilir. Reallıqda isə Laçın şəhəri öz tarixi və doğma sakinlərini qarşılamağa hazırlaşır. Unutmayaq ki, qeyri-leqal məskunlaşma hətta BMT konvensiyaları ilə də qadağan edilir. Amma əgər kimlərsə respublikaların keçmiş statistikalarına inanmırlarsa, o zaman keçmiş SSRİ dövründəki əhalinin siyahıya alınması ilə bağlı rəqəmlərə diqqət yetirsinlər". Hurriyyet.az-ın məlumatına görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov deyib.

Millət vəkili qeyd edib ki, Rusiya mənbələrində 1959-ci ildən sonrakı illərdə siyahıya alma ilə bağlı məlumatlar hələ də saxlanılır. Onun sözlərinə görə, keçmiş SSRİ dövründə aparılan əhalinin siyahıya alınması və etnik tərkibləri bütün reallıqları göstərir: "1959-cu il siyahıya alınması: Laçın rayonunun cəmi əhalisi 24.734 nəfər olub və onların 24.466 nəfəri Azərbaycanlılar idi (98.9%). 1970-ci il siyahıya almaslnda cəmi əhali 35.642 nəfər, Azərbaycanlıların sayı 33.186 (93.1%), kürdlər 2.125, ermənilər cəmi 72 nəfər göstərilir. 1970-ci il siyahıya alınmasında cəmi əhali 63.162 nəfər, Azərbaycanlıların sayı 58.058 (95.6%), kürdlər 2.437, ermənilər cəmi 34 nəfər olub. Keçmiş sovet dövründə də Azərbaycanlılar ilə kürdlər bir ailə kimi yaşayıblar. Ermənilərin isə ümumi əhalinin tərkibində çəkisi heç zaman hətta 1.0 faizə belə çata bilməyib. Bütün bunlar qədim Azərbaycan torpağında 30 illik işğal müddətində ermənilərin qeyri-qanuni yerləşdirilməsini bir daha təsdiq etmirmi? Hətta orada yerləşdirilən ermənilər də məhz son illər Laçın şəhərində məskunlaşdırıldıqlarını etiraf edirlər. Bəs, bəzi xarici mətbu orqanlar bunu niyə gözardına vururlar? Bütün bunlara baxmayaraq, cəmi 1 həftə sonra Laçın şəhəri yenidən azadlığına qovuşacaq. Bu dəfə əbədi".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.062740