1-ci Qarabağ müharibəsində döyüşmüş məşhur erməni qadın öldürüldü - FOTO

2022-09-15 16:26:00

1-ci Qarabağ müharibəsində döyüşmüş məşhur erməni qadın öldürüldü - FOTO

Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının işğalıda böyük rol oynayan “Aparan” adlı hərbi qruplaşmanın fəal üzvlərindən biri - Suzanna Marqaryan Ermənistan-Azərbaycan sərhədində öldürülüb.

Hurriyyet.az yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə məlumatı Ermənistan mətbuatı yayıb.

Məlumatda bildirilir ki, “Azadlıq döyüşçüsü” ləqəbilə tanınan Suzanna Marqaryan adlı qadın Azərbaycana qarşı hazırlanan təxribatlarda iştirak etmək üçün cəbhə xəttinə gəlib.

Suzanna Marqaryan 1-ci Qarabağ müharibəsi zamanı hazırda Ermənistan Müdafiə nazirinin müşaviri olan 82 yaşlı Razmik Petrosyanla birgə Azərbaycan ordusuna qarşı döyüşüb. Ötən əsrin 92-cı illərinin əvvəlində Qarabağın işğalında və azərbaycanlılara qarşı törədilən vəşhiliklərdə yaxından iştirak edib.

Qeyd edək ki, o, İkinci Qarabağ müharibsəində də erməni hərbi birləşmələrinin tərkibində Azərbaycana qarşı döyüşüb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.063558