“1 015 yaşayış məntəqəsi işğaldan azad edilib”- Zelenski
2022-05-14 09:00:00

“Biz Ukraynanın işğaldan azad olunmuş ərazilərini bərpa etməyə davam edirik. Bu günə olan məlumata görə, 1 015 yaşayış məntəqəsi artıq işğaldan azad edilib”.
Hurriyyet.az xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski son videomüraciətində deyib.
O, qeyd edib ki, bu da ötən sutka ilə müqayisədə 6 yaşayış məntəqəsi çoxdur: “İşığı, suyu, rabitəni, nəqliyyatı, sosial xidmətləri ora qaytaracağıq”.
“Təbii, biz hələ də işğal altında olan hər bir şəhəri, hər bir icmanı xatırlayırıq. Xerson və Melitopol, Berdyansk və Enerqodar, Mariupol və Donbasın bütün şəhər və qəsəbələri...
Xarkov vilayətinin tədricən azad edilməsi sübut edir ki, biz heç yaşayış məntəqəsini düşmənə verməyəcəyik”, - Prezident vurğulayıb.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya