Saat:07:07
Haqqımızda

0:4-ə görə baş məşqçi döyülüb

2024-04-03 22:08:56

0:4-ə görə baş məşqçi döyülüb

Polşa futbolunda növbəti xoşagəlməz hadisə baş verib.

Hurriyyet.Az İdman.Biz-ə istinadən bildirir ki, "Zaqlembe" klubunun azarkeşləri baş məşqçisi Aleksandr Xatskeviçi döyüblər.

Autsayderin son turda "Katovitse"yə 0:4 hesabı ilə uduzması fanatları qəzəbləndirib. Komandanın məşqi zamanı bazaya daxil olan bir qrup azarkeş belaruslu mütəxəssisin üzünə zərbə endirib və təpikləyib.

Bu, polşalı azarkeşlərin ilk belə hərəkəti deyil. Azərbaycan millisinin futbolçusu Mahir Emreli də "Legiya"da oynadığı vaxt oxşar hadisə ilə üzləşib.

Qeyd edək ki, bu ilin yanvarında baş məşqçi təyin olunan Xatskeviçin klubdan ayrılacağı gözlənilir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.174479