Saat:21:14
Haqqımızda

" Biz itiririk, ermənilər və gürcülər qazanır” – QUBAD İBADOĞLU

2022-08-15 11:41:00

“Bu ilin 1-ci yarımilliyində Ermənistana gələn turistlərin sayı 600 min nəfərə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən də çoxdur. Bu dövrdə Ermənistanda  iqtisadi artım 11,8 faiz, xidmət bölməsində artım isə 26,9 faiz olub”.

Hurriyyet.az xəbər verir ki, bunu tanınmış iqtisadçı Qubad İbadoğlu bildirib.

“Ermənistanın iqtisadiyyatında belə yüksək iqtisadi artımı şərtləndirən hansı amillərdir”, - sualını cavablandıran ekspert bu fikirdədir: “Görünür ki, Ermənistanda iqtisadi liberallaşdırma, anti-korrupsiya və məhkəmə islshatları nəticəsində əlverişli olan biznes mühiti  ora xüsusilə də Rusiyadan sərmayələrin və transferlərin həcmini artırıb. Bununla yanaşı, Azərbaycanın quru sərhədlərinin bağlı olması yay turist mövsümü dövründə Ermənistanın xidmət sektorunun gəlirlərin artımına, Qarabağın işğaldan azad edilməsi  dövlət xərclərinin  azalmasına gətirib çıxarıb və hər iki amil iqtisadi artıma müsbət təsir göstərib. Belə ki,  Azərbaycanla quru sərhədlər bağlanmasına görə, Gürcüstana səfər edən iranlılar  bu planı Ermənistan vasitəsilə reallaşdırır, bununla yanaşı dövr ərzində Ermənistana gələn turistlər arasında iranlıların da sayı artıb və onlar hazırda Ermənistana ən çox səfər edən edən ölkələr arasında  ilk üçlüyə daxildir.

Bundan əlavə, Gürcüstana gələn və Cənubi Qafqazın digər ölkəsini də gəzmək niyyətində olan əcnəbilər Azərbaycanla quru sərhədlərin bağlı, Bakıya uçuş qiymətlərinin bahalığını nəzərə alaraq Ermənistan səfər etməyə üstünlük verirlər. Beləliklə Ermənistan Gürcüstana gələn turistlərin bir qismini  ölkəsinə cəlb edir və onlardan qazanır, bunun da başlıca səbəbi iki ildən çox müddətdə Azərbaycanın quru sərhədlərinin bağlı qalmasıdır. Bir sözlə, Azərbaycan hakimiyyətinin səbatsız siyasətindən biz itiririk, ermənilər və gürcülər qazanır”.

Hurriyyet.az

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR