Saat:23:37
Haqqımızda

 AQTA-nın İSLAHATLARI Azərbaycanın pomidor ixracına ZƏRBƏ VURUB - FAKT!

2023-03-26 12:37:00

  AQTA-nın İSLAHATLARI Azərbaycanın pomidor ixracına ZƏRBƏ VURUB - FAKT!

2023-cü ilin ilk 2 ayında Azərbaycandan 19 milyon 91 min dollar dəyərində 15 min 498 ton pomidor ixrac edilib.

Hurriyyet.az
-ın məlumatına görə, Bizim.Media Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə pomidor ixracı dəyər ifadəsilə 5 milyon 426 min dollar və ya 22,1 faiz, dəyər ifadəsilə 4 min 887 ton və ya 24 faiz azalıb.

Qeyd edək ki, 2022-ci ilin ilk 2 ayında Azərbaycandan 24 milyon 517 min dollar dəyərində 20 min 385 ton pomidor ixrac edilib.

İxracın son 1 ildə 25 fazi azalması ciddi suallar doğurur.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Akif Nəsirli bildirdi ki, 2 ilə yaxındır ki, şimal bölgəsində olan fermerlər tərəvəz yetişdirdikləri istixanaları sökməyə başlayıblar:

“Xaçmazda, hətta Şəmkirdə də istixanalar sökülür, yerinə meyvə bağları salınır. Bunun da əsas səbəbi yetişdirdikləri məhsulu ixrac edə bilməməliridir. Son 2 ildə Azərbaycandan Rusiyaya pomidor ixracında xeyli problemlər ortaya çıxıb. Ona görə də fermerlərdə bu sahəyə maraq getdikcə azalır. Bildiyiniz kimi artıq 2 ildir ki, Azərbaycandan Rusiyaya pomidor və digər kənd təsərrüfatı məhsullarının ixracına AQTA sertifikat verir. Bu sertifikatın da bir nüsxəsi Rusiyaya verilir. AQTA-nın sertifikatı olmasa Rusiya tərəfi məhsulun idxalına icazə vermir. AQTA isə müxtəlif adlar altında fermerləri sıxışdırıb onları sertifikatlardan məhrum edir. Yaranmış vəziyyət fermerləri razı salmadığından onlar əkinləri ilbəil azaldırlar”.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR