Saat:13:46
Haqqımızda

Zəngəzur dəhlizinin Ermənistan hissəsinin tikintisi nə vaxt başlanacaq? - Boru kəmərləri, fiber-optik rabitə xətləri çəkiləcək

2025-12-25 11:43:58

Zəngəzur dəhlizinin Ermənistan hissəsinin tikintisi nə vaxt başlanacaq? - Boru kəmərləri, fiber-optik rabitə xətləri çəkiləcək

Hurriyyet.az xəbər verir ki, İrəvan Zəgəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsinin - "Tramp marşrutu"nun (TRİPP) tikintisinin nə zaman başlanacağı barəsində açıqlama verib.
Ermənistanın Xarici İşlər Nazirliyinin medianın yazılı sorğusuna verdiyi cavabda bildirilir ki, "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" layihəsinin reallaşdırılmasının praktiki mərhələsinin, o cümlədən, tikinti işlərinin başladılması 2026-cı ilə planlaşdırılıb.
Açıqlamada bildirilir ki, İrəvan hazırda layihənin hüquqi bazasının və nizamlama mexanizmlərinin formalaşdırılması ilə bağlı amerikalı tərəfdaşlarla danışıqlar aparır. Layihənin reallaşdırılması üçün Ermənistan-ABŞ birgə müəssisəsi - "TRİPP Company" yaradılacaq. Şirkət Ermənistan ərazisində qeydiyyatdan keçiriləcək və ona əsas infrastrukturun inkişaf etdirilməsi üçün mandat veriləcək. Söhbət dəmir yolu və avtomobil magistrallarının, neft-qaz boru kəmərlərinin tikintisi və modernləşdirilməsindən, həmçinin, fiber-optik rabitə xətlərinin çəkilməsindən gedir.
Hürr Tərcüman