Saat:13:44
Haqqımızda

Zemfiranın mahnısını dinləyən Paşinyan bunu yazdı - Video

2025-10-11 20:31:44

Zemfiranın mahnısını dinləyən Paşinyan bunu yazdı - Video

Ermənistanın Baş naziri Nikol Paşinyan Teleqram kanalında bir video yayımlayıb.

Videoda o, Zemfiranın “P.M.M.L.” adlı mahnısı fonunda düşüncəli şəkildə masa arxasında oturur.

Görüntüdə siyasətçi ağ köynək və qalstukda, ehtimal ki, iş kabinetindədir. O, bir neçə telefonun olduğu yazı masasının arxasında kresloda oturur. Arxa planda kitablarla dolu şkaf görünür. Baş nazir qarşıya baxaraq mahnını dinləyir və “Bağışla məni, sevgilim” sözləri səslənəndə baxışlarını kameraya yönəldir.

“Hamınıza xoş səhər və uğurlu gün arzulayıram”, — deyə hökumət başçısı videonu paylaşarkən qeyd edib.

 

Axar.Az


Load Time (S) : 0.651996