Saat:09:33
Haqqımızda

Zelenskinin rədd cavabı ilə bağlı Kremlin açıqlaması

2025-09-24 12:14:30

Zelenskinin rədd cavabı ilə bağlı Kremlin açıqlaması

Hurriyyet.az xəbər verir ki, RF Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Prezidenti Vladimir Zelenskinin Moskvaya səfərdən imtina etməsinə təəccübləndiyini bildirib.
Vladimir Zelenski çıxışında Rusiyanın Ukraynaya Qazaxıstanda yüksək səviyyəli görüş keçirməyi təklif elədiyini bildirmişdi. Peskov bu açıqlamaya şərh verərkən, Vladimir Putinin belə danışıqları Moskvada təşkil etmək ideyasını irəli sürdüyünü də xatırladıb.
Peskov deyib: "Dialoqa açıqsansa, niyə də gəlməyəsən? Lakin Moskva dərhal rədd cavabı eşitdi".
Kremlin təmsilçisi Kiyevin Putin ilə Zelenskinin görüşü üçün İsveçrə və Avstriya kimi qəbuledilməz variantlar təklif etdiyini söyləyib.
Hürr Tərcüman