Zelenskinin komandasında yoxlama - Yermakın evində axtarış aparılıb
2025-11-28 12:35:02
Hurriyyet.az xəbər verir ki, Ukraynanın Prezident Ofisinin rəhbəri Andriy Yermak evində aparılan axtarışlarla bağlı şərh verib. Yermak sosial şəbəkədə yazıb: "Bu gün Ukraynanın Milli Antikorrupsiya Bürosu və Xüsusi Antikorrupsiya Prokurorluğu həqiqətən də mənim evimdə prosedur tədbirləri həyata keçirir. Müstəntiqlər heç bir maneə ilə qarşılaşmırlar".
O, korrupsiyaya qarşı mübarizə aparan məmurlara "mənzilə tam giriş" təmin etdiyini, hadisə yerində vəkillərinin olduğunu, həmin vəkillərin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyini əlavə edib. Yermak yazıb: "Mən tam əməkdaşlıq edirəm".
Ukraynanın Milli Antikorrupsiya Bürosu axtarışların icazəli olduğunu və istintaqın bir hissəsi olaraq aparıldığını bildirib.
Hürr Tərcüman
