Zelenski: "Ukrayna üçün ağır məqamdır"
2025-11-24 14:24:29
Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Amerika tərəfi ilə danışıqların "kritik məqam"da və artan siyasi təzyiq fonunda aparıldığını bildirdi.
Zelenski Krım Platforması sammitindəki video müraciətində deyib: "İndi kritik bir andayıq. Mediada çoxlu səs-küy, çoxlu siyasi təzyiq var. Biz, ilk növbədə ABŞ-dan olan tərəfdaşlarımızla işləməyə davam edəcəyik, bizi zəiflətməyəcək, gücləndirəcək kompromislər axtaracağıq".
Zelenski Rusiyanın təcavüzünə göz yummağın görməməzliyə vurmağın təhlükələrini Ukraynanın tərəfdaşlarına izah etməyə davam edəcəyini söyləyib.
Hürr Tərcüman
