Zelenski Türkiyədədir
2025-11-19 11:04:56
Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski müharibəni dayandırmaq məqsədilə danışıqlar prosesinin intensivləşdirilməsi, əsir mübadiləsinin bərpası və ukraynalı əsirlərin geri qaytarılması məsələlərini müzakirə etmək üçün mühüm görüşlər keçirmək məqsədilə 19 noyabr tarixində Türkiyəyə gedib. Zelenski Ankarada Türkiyə Prezidenti R.T.Ərdoğanla görüşəcək.
Ukrayna lideri İstanbulda Türkiyə liderləri və ABŞ-nin xüsusi nümayəndəsi Stiven Vitkoffla görüşməyi planlaşdırır. Rusiya tərəfi bu danışıqlarda iştirak etmir.
Hürr Tərcüman
