Zelenski Rusiya ilə razılığa doğru addım atdı
2025-12-24 22:05:21
Hurriyyet.az xəbər verir ki, “The Washington Post” qəzetinin məlumatına görə, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə kompromisə doğru addım atıb.
Nəşrdə Zelenskinin mətbuata sülh planının yeni versiyasını təqdim etdiyi bildirilir. Qeyd olunur ki, bu təkliflər Zelenskinin ərazi məsələsində bir növ kompromisə doğru ilk addımıdır. Ukrayna lideri 20 bəndlik sülh planında qoşunları Donbasdan çıxarmağa hazır olduğunu bildirib.
Zelenskinin sənədindəki məqamlar arasında Ukraynaya NATO-nun kollektiv müdafiə prinsipini təsdiqləyən 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin verilməsi; Moskva ilə Kiyev arasında təcavüzkarlıq müqaviləsi və daha çox şey var idi.
NURAY
