Zelenski: "Rusiya Avropa ilə böyük müharibəyə hazırlaşır"
2025-11-13 15:14:11
Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Federasiyasının 2029-2030-cu illərdə Avropa ilə böyük müharibəyə başlamağa hazırlaşdığını hesab edir.
Zelenski sosial şəbəkələrdə yazıb: "Rusiyaya təzyiqi artırmaq lazımdır. Döyüş meydanındakı vəziyyəti nəzərdən keçirsək, Rusiyanın dayanmaq arzusunda olmadığını görərik. Problem ondadır ki, RF-nin hərbi sənayesinə baxdıqda, onun istehsalı artırdığını görürük. Bizim qiymətlərimizə görə, onlar bu müharibəni davam etdirmək istəyirlər. Onların böyük müharibə istədiklərini, 2029-2030-cu illərdə Avropa qitəsində böyük müharibəyə başlamağa hazırlaşdıqlarını etiraf etməliyik".
Hürr Tərcüman
