Saat:07:27
Haqqımızda

Zelenski Putinin təhdidlərinə cavab verdi

2025-12-18 13:21:25

Zelenski Putinin təhdidlərinə cavab verdi

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinin Ukraynadakı müharibə ilə bağlı son açıqlamalarına münasibət bildirib. Zelenski qeyd edib ki, Rusiyanın tammiqyaslı hərbi əməliyyatları davam etdirmə qabiliyyətinin müddəti beynəlxalq tərəfdaşlarının reaksiyasından asılıdır.
Zelenski deyib: "Əvvəla, Putinin verdiyi siqnallar bizim üçün yeni bir şey deyil. Mən həmişə demişəm ki, o, müharibəni bitirmək istəmir. Sual budur: "O, bunu davam etdirə bilərmi?" Burada çox şey tərəfdaşlarımızdan, onların təzyiqindən, ilk növbədə sanksiyalardan və diplomatik təzyiqdən asılıdır".
Zelenski Rusiyanın Donbası tamamilə ələ keçirilməyi və Ukrayna qoşunlarının çıxarılmasını istədiyini vurğulayıb. O, Ukraynanın belə addımlar atmağa hazır olmadığını və Vaşiqntonun kompromis axtardığını deyib.
Hürr Tərcüman