Zelenski Putinin seçki təklifinə cavab verdi
Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinin mümkün səsvermə üçün irəli sürdüyü şərtlərə cavab verdi. O, bu açıqlamanı Portuqaliyanın Baş naziri ilə birgə mətbuat konfransı zamanı deyib.
Vladimir Putinin Rusiyada yaşayan ukraynalıların səslərinin sayılması təklifinə cavab olaraq, Vladimir Zelenski Kiyevin itirdiyi ərazilərdə seçkilərin keçirilməyəcəyini bildirdi. "Seçkilər Ukraynanın nəzarətində olmayan ərazilərdə keçirilə bilməz... çünki onların necə keçiriləcəyi bəllidir", - deyə Ukrayna lideri mətbuat konfransında bildirib.
Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Ukraynadakı seçkilərin təhlükəsizliyini təmin etməyə hazır olduğunu bildirmişdi. O, həmçinin Rusiya ərazilərində yaşayan Ukrayna vətəndaşlarının da səs verə bilməli olduğunu vurğuladı.
NURAY
