Zelenski Londona gedib
2025-12-08 17:23:44
Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Avropa liderləri ilə bir sıra görüşlər keçirmək üçün Böyük Britaniyaya yola düşüb.
Bu gün o, Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Mertslə görüşəcək. Londondan sonra Zelenski NATO-nun Baş katibi Mark Ryutte və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə görüşəcək. Onun Avropa İttifaqı, Avrasiya Komissiyası və NATO ilə görüşləri mətbuat nümayəndələrinə açıq olmayacaq.
Hürr Tərcüman
