Zelenski: Kiyev İstanbulda tam atəşkəsin əldə olunmasında israr edəcək
2025-07-23 20:19:29
Ukrayna tərəfi İstanbulda Rusiya nümayəndə heyəti ilə keçiriləcək danışıqlarda dərhal atəşkəs əldə olunmasında israr edəcək.
Bu barədə Prezident Vladimir Zelenski məlumat verib.
“Biz dərhal və tam atəşkəsin vacibliyinə israr edəcəyik”, - deyə o bildirib.
Xatırladaq ki, bu gün Rusiya danışıqlar heyətinin üzvləri ukraynalı nümayəndələrlə görüşmək üçün İstanbula gəliblər. Danışıqlar axşam saatlarında bütün iştirakçılar gəldikdən sonra başlayacaq.\\BakuPost
