Saat:15:26
Haqqımızda

Zelenski: "Heç kəs onları xarabalıqlar uğrunda ölməyə məcbur etmir"

2025-11-13 13:15:10

Zelenski:

Hurriyyet.az xəbər verir ki, Vladimir Zelenski Ukrayna qoşunlarının Pokrovskdan çıxarılması ilə bağlı açıqlamasında deyib: "Heç kim onları xarabalıqlar uğrunda ölməyə məcbur etmir".
Ukrayna Prezidenti Vladimir Zelenski Pokrovskdakı vəziyyətin "çox çətin" olaraq qaldığını etiraf edərək qoşunların çıxarılması ilə bağlı hər hansı bir qərarın yerlərdə komandirlər tərəfindən verilməli olduğunu vurğulayıb.
Zelenski "Blumberq" agentliyinə müsahibəsində deyib: "Heç kim bizim əsgərlərimizi xarabalıqlar naminə ölməyə ölməyə məcbur eləmir. Mən onları, xüsusən də oradakı komandirləri vəziyyəti idarə etmək qərarlarında dəstəkləyəcəyəm. Əks halda, bu, bizim üçün çox baha başa gələcək - əsgərlərimiz ən vacib sərvətimizdir".
Onun sözlərinə görə, Rusiya Donald Trampı Ukrayna qoşunlarının Donetsk və Luqansk bölgələrindən çıxarılmasının və müharibəyə son qoyulmasının zəruriliyinə inandırmaq üçün Pokrovskda qələbə qazanmağa çalışır. Zelenski bunun baş verməyəcəyini bildirərək deyib: "Biz şərqi Ukraynanı tərk edə bilmərik. Bunu heç kim başa düşməyəcək; insanlar bunu başa düşməyəcək. Ən əsası, heç kim bu və ya digər yaşayış məntəqəsini ələ keçirdikdən sonra daha da irəliləməyəcəklərinə zəmanət verə bilməz. Onları dayandıracaq amil yoxdur."
Ukrayna prezidenti Rusiya qoşunlarının "o qədər gücə malik olmadığını", əsasən ölkənin enerji sistemini hədəf aldığını, Kiyevi yaza qədər təslim olmağa məcbur etməyə çalışdıqlarını söyləyib.
Zelenski deyib: "Onlar bilirlər ki, enerji amili yox olduqdan sonra başqa böyük təsir gücünə malik olmayacaqlar".
Zelenski Ukraynanın atəşkəs danışıqlarına açıq olduğunu əlavə edib.
Hürr Tərcüman