Zelenski etiraf etdi: ABŞ Ukraynaya sülh planı üçün CƏMİ 1 HƏFTƏ vaxt verib
2025-11-21 15:37:05
Ukrayna Prezidenti Vladimir Zelenski dolayı şəkildə təsdiqləyib ki, ABŞ Kiyevə Trampın sülh planı üzrə razılaşma üçün bir həftəlik müddət verib.
Hurriyyet.az xəbər verir ki, bu barədə “Suspilne” fraksiya ilə qapalı görüşdən sızan məlumatlara istinadən yazıb.
Mənbələrə görə, Zelenski görüş zamanı bildirib ki, qarşıda çətin bir həftəlik danışıqlar dayanır. Lakin o, həmçinin vurğulayıb ki, Ukraynanın öz maraqlarından geri çəkiləcəyi ilə bağlı narahatlığa əsas yoxdur:
“Heç bir əsas yoxdur düşünməyə ki, Ukraynanı milli maraqlardan imtina etməyə məcbur edə bilərlər”.
Tribunainfo.az
