Zelenski Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq edib
2025-07-08 17:15:50
Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Çindən olan 5 şirkətə qarşı sanksiyalar tətbiq edilməsi barəsində fərman imzalayıb.
Ukrayna mətbuatının yazdığına görə, Çin Xalq Respublikasında qeydiyyatdan keçmiş 5 hüquqi şəxsə qarşı 10 il müddətinə məhdudiyyətlər tətbiq edilməsi qərara alınıb. Bu məhdudiyyətlərə vəsaitlərin bloklanması və Ukraynadan çıxarılması, ticarət əməliyyatlarının keçirilməsinin yasaqlanması, lisenziyaların, o, cümlədən, yeraltı sərvətlərdən istifadə edilməsi üçün verilən icazələrin ləğv edilməsi daxildir. Həmin şirkətlər Rusiyanı dron istehsalı üçün məhsullarla təmin edir.
Hürr Tərcüman
