Zelenski Çarlzla görüşdü
2025-10-24 19:44:43
Ukrayna Prezidenti Volodimir Zelenski Londonda Böyük Britaniya kralı III Çarlz ilə görüşüb.
Hurriyyet.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, qəbul Vindsor qalasında keçirilir. Bu, Ukrayna lideri ilə Britaniya monarxı arasında 2025-ci ildə üçüncü görüşdür.
Ukrayna lideri daha sonra Britaniyanın baş naziri ilə birlikdə “istəklilər koalisiyası”nın iclasında iştirak edəcək.
