Saat:23:49
Haqqımızda

Zelenski Aİ sammitində iştirak edəcək

2025-12-17 18:18:39

Zelenski Aİ sammitində iştirak edəcək

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Avropa İttifaqı ölkələrinin liderlərinin sammitində iştirak edəcək.
"Blumberq" agentliyinin məlumatına görə, sammit 18 dekabr tarixində, Brüssel şəhərində keçiriləcək.
Agentlik qeyd edir ki, Aİ ölkələrinin liderləri Kiyevin maliyyə ehtiyatlarının sürətlə tükəndiyini nəzərə alaraq, son həftələrdə Ukrayna üçün kredit şərtlərini razılaşdırmağa çalışırlar. Lakin Rusiyanın Mərkəzi Bankının dondurulmuş vəsaitlərinin əksəriyyətinin yerləşdiyi Belçika dövləti danışıqlara ciddi müqavimət göstərir.
Hürr Tərcüman