Saat:18:58
Haqqımızda

Zaxarova Rusiyanın Azərbaycanla bağlı maraqlarından danışıb

2025-07-24 15:25:39

Zaxarova Rusiyanın Azərbaycanla bağlı maraqlarından danışıb

Hurriyyet.az xəbər verir ki, Rusiya Azərbaycanla "Şimal-Cənub" layihəsi üzrə əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Vestnik Kavkaza” nəşrinin müxbirinin sualına cavab verərəkən bildirib ki, Rusiya İranla dəmir yolu əlaqəsi qurmaq məqsədilə Azərbaycan ərazisindən keçən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin həyata keçirilməsi üçün Bakı və Tehranla sabit əməkdaşlıq tərəfdarıdır.
O, Rusiyanın “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin tam şəkildə həyata keçirilməsində maraqlı olduğunu deyib.
Zaxarova qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Dərbənd-Bakı-Meğri-Naxçıvan-Təbriz dəmir yolu marşrutundan "Şimal-Cənub" yolunun əlavə şaxəsi kimi istifadə edilməsi təklifi Cənubi Qafqazda kommunikasiyaların açılması məntiqinə uyğundur.
Zaxarova deyib: "Hər bir halda söhbət Cənubi Qafqazda kommunikasiyaların açılmasından gedir. Sizin qeyd etdiyiniz marşrut İran, Ermənistan, Azərbaycan və əlbəttə ki, Rusiya ərazilərindən keçir".
Hürr Tərcüman