Saat:23:52
Haqqımızda

Yumurta BAHALAŞDI: Yeni QİYMƏT - VİDEO

2025-11-19 22:40:53

Yumurta BAHALAŞDI: Yeni QİYMƏT - VİDEO

Son günlər həm kənd, həm də broyler yumurtasının qiymətində artım müşahidə edilir.

Hurriyyet.az xəbər verir ki, rayon bazarlarında satıcılar bildirir ki, kənd yumurtasının qiyməti son bir həftədə qalxıb və hazırda 50 qəpikdir.

Broyler yumurtası isə 23–30 qəpik arasında dəyişir. Alıcılar bahalaşmadan narazıdır və satıcılar qiymət artımını məhsulun azalması ilə izah edirlər.

İqtisadçı Ruslan Atakişev bildirir ki, yumurtanın bahalaşmasına bir neçə səbəb təsir edir: quşların saxlanması üçün tələb olunan dərman preparatlarının, yem və dənin qiymətinin artması, həmçinin rayonlarda ev təsərrüfatlarının sayının azalması kimi amillər var. Onun sözlərinə görə, maya dəyəri yüksəlməkdə davam edərsə, yumurtanın qiyməti də bundan sonra artmağa davam edə bilər.

Daha ətraflı: