Yerə qayıtdılar
Çin Tianqonq Kosmik Stansiyasından geri dönüşü gecikmiş “Shenzhou-20” taykonat heyətinin başqa bir servis vasitəsilə Yerə qayıtdığını açıqlayıb.
Hurriyyet.az “Xinhua” agentliyinə istinadən xəbər verir ki, Çinq Donq, Çinq Konqruy və Vanq Cieni daşıyan “Shenzhou-21” kapsulu Çinin şimalındakı Daxili Monqolustan Muxtar Bölgəsindəki Donqfenq sahəsinə enib.
Qeyd edək ki, taykonatların planlaşdırılan 5 noyabr geri dönüşü “Shenzhou-20” servisində aşkar edilmiş zədə səbəbindən təxirə salınmışdı. Zədənin kosmik zibildən qaynaqlandığı bildirilirdi. Aparılan yoxlamalar və təhlükəsizlik qiymətləndirmələrindən sonra taykonat heyətinin “Shenzhou-21” ilə stansiyadan Yerə qayıtmasına qərar verilmişdi.
“Shenzhou-20” kosmik gəmisi ilə stansiyaya göndərilən və altı aydan çox xidmət edən taykonatlar komandası orbiti 31 oktyabrda stansiyaya gələn “Shenzhou-21” komandası ilə missiyanı təhvil verib.
Tianqonq Kosmik Stansiyasındakı üç nəfərlik taykonat komandası altı aylıq dövr üzrə rotasiya ilə missiyalarını həyata keçirir.
