Saat:21:40
Haqqımızda

Yeni ildə amnistiya aktı imzalanacaq? – Rəsmi

2025-12-12 17:03:03

Yeni ildə amnistiya aktı imzalanacaq? – Rəsmi

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə amnistiya aktı imzalana bilər.

Hurriyyet.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, ilin sonunda bununla bağlı qərarın verilməsi gözlənilir:

"Hazırda bununla bağlı məlumatlar yayılır. Milli Məclis tərəfindən amnistiya qərarı verilə bilər. 2025-ci il Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilib. Bu, Azərbaycanın həyatında böyük bir hadisədir. Bu il həm də Zəfərimizin 5-ci il dönümüdür".

Qeyd edək ki, sonuncu dəfə amnistiya 2021-ci ildə elan edilib.