Saat:14:32
Haqqımızda

Yazıçı Anarın ayaqları tutulub? – Müavini açıqladı

2025-11-17 11:38:05

Yazıçı Anarın ayaqları tutulub? – Müavini açıqladı

Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid Xalq yazıçısı Anarın səhhəti ilə bağlı yayılan iddialara cavab verib.

Hurriyyet.az xəbər verir ki, o, sosial şəbəkədə paylaşım edərək bildirib ki, yazıçının özü ilə danışıb və hər şey qaydasındadır:

“Bu şəkil 3 noyabrda Azərbaycan Milli Elmlər Akademiyasının yubileyindən çıxanda çəkilib. Akademik Zemfira Səfərova AMEA-nın yubiley medalıyla təltif olunmuşdu. Anar kübarcasına həyat yoldaşının qoluna girib maşına sarı gəlirdi.

O ki qaldı Anarın arabada sosial şəbəklərdə yayılan şəklinə, özü ilə indicə danışdım, dedi ki, bir müddət əvvəl ayağım ağrıyanda klinikaya gedəndə çəkilib. Səfərlərdə olarkən İstanbulun uzun aeroportunda hava alanının bu xidmətindən ara-sıra istifadə edib Anar. Özünün dediyinə görə qocalıq, şəkər xəstəliyi birinci ayaqdan başlayıb”.

R.Məcid həmçinin qeyd edib ki, Anar müəllim bir azdan işdə olacaq, narahat olanlar Azərbaycan Yazıçılar Birliyinə gəlib Anar müəllimə şəkil çəkdirə bilərlər:

“Allah Anar müəllimə cansağlığı, sağlam ömür versin, yazıb-yaratmaq şövqü heç zaman tükənməsin!”