Saat:01:24
Haqqımızda

Yaşayış binasında uçqun oldu, ÖLƏN VƏ YARALANANLAR VAR

2025-07-14 21:56:27

Yaşayış binasında uçqun oldu, ÖLƏN VƏ YARALANANLAR VAR

Tbilisidə “Vağzal meydanı” ərazisində yerləşən yaşayış binalarının birinin üst hissəsi uçub.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir, binanın dağıntıları altından bir nəfərin meyiti çıxarılıb.

Dağıntılar altında qalanların olub-olmadığı hələ məlum deyil. Sakinlər və hadisə şahidləri dağıntılar altında ən azı üç nəfərin olduğunu bildirirlər.

Əraziyə polis qüvvələri, xilasedicilər və təcili tibbi yardım maşınları cəlb edilib. Hazırda hadisə yeri dağıntılardan təmizlənir və axtarış-xilasetmə işləri aparılır.

Gürcüstan hökumətinin qərarı ilə hadisə ilə bağlı Zuqdidi şəhərində idman kompleksinin bu günə təyin olunmuş açılış mərasimi təxirə salınıb. \\Ajans.az