Yaşar Nurinin qızının ölüm səbəbi bilindi
2025-11-15 14:15:44
Xəbər verdiyimiz kimi, xalq artisti Yaşar Nurinin qızı Ülviyyə Nuriyeva vəfat edib.
Hurriyyet.az xəbər verir ki, hadisə ilə bağlı Globalinfo.az-a danışan xalq artistinin qardaşı qızı Fidan Nuriyeva hər şeyin anidən baş verdiyini qeyd edib:
“Ülviyyə ürək çatışmazlığından əziyyət çəkirdi. Ölümü qəfil oldu. Ailəsi həkimə məlumat verənə kimi, o, artıq dünyasını dəyişmişdi. Bu gün Qalada dəfn etdik. Gülnar adlı bir qızı var, 6-cı sinfdə oxuyur”.
