Yasamaldakı yanğında ölənlərdən biri komendant imiş...
2025-11-22 09:17:08
Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yağında üç nəfər həlak olan olub.
Hurriyyet.az Teleqraf-a istinadən xəbər verir ki, yanğında həlak olan 1983-cü il təvəllü Samir Kamal oğlu Məmmədov sözügedən binanın komendatıdır.
Samir Məmmədov komendant olmaqla yanaşı, yanğın baş verən binada yaşayıb.
Bundan başqa, yanğında 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qənbərli , və Bakı Milli Geyim Evinin 48 yaşlı rəhbəri Könül Vəlibəy (Vəlibəyli) qızı Hümbətova da həlak olub. Könül Vəlibəylinin qızı Ləmanın da vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, hadisə nəticəsində əmələ gələn tüstüdən azı 20 nəfər zəhərlənib.
