Saat:20:20
Haqqımızda

Yasamalda yaşayış binasında baş verən yanğın yaxınlaşan böyük bəlanın xəbərdarlığıdır – HESABLAMA

2025-11-22 19:33:07

Yasamalda yaşayış binasında baş verən yanğın yaxınlaşan böyük bəlanın xəbərdarlığıdır – HESABLAMA

“And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. Quran, 19:84 

Xəbər verildiyi kimi, bu  gün (21.11.2025) Yasamal rayonu M.Seyidov küçəsi 19 A ünvanında yerləşən çoxmərtəbəli binada baş verən yanğın azı üç nəfərin ölümünə, 20-dən çox insanın isə, müxtəlif xəsarətlər almasına səbəb oldu (bundan başqa Biləcəri qəsəbəsindəki restoranlardan birində dörd nəfəri birdən elektrik cərəyanı vuraraq öldürdü). Dünyasını  dəyişənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyərək, hadisələr üzərindən sirr pərdələrini qaldırmağa çalışaq. 
Elmi-lədun hesablamalarımız göstərir ki, yanğın təsadüfü olmayıb, özündən əvvəlki yanğınlarla riyazi şəkildə əlaqələnir. Bu əlaqənin Quran rəmzləri (114: 286; 555) altında baş verməsi isə, hadisələrin Allahdan xəbərdarlıq olmasını, gələn böyük bəlanın mesajı olduğunu sübut edir. Bunu aşağıdakı hesablamalardan aydın görmək olur:

1) Xatırladaq ki, bundan əvvəl Yasamalda yaşayış binasında daha bir yanğın (09.02.2025) hadisəsi baş vermişdi. Bu gün həmin hadisənin 286-cı günüdür ki, bu da orjinal (Kəbədəki) Quranın səhifəlrinin sayı olmaqla, Yaradanın rəqəmsal möhürü olaraq bütün İlahi mesajların üzərində görünməkdədir.

2) Şirvandakı hərbi zavodda (23.01.2024) baş verən partlayışın 669-cu günüdür ki, bundan da Quran rəmzini (114) çıxsaq, yenə də tövbə və cəza rəmzi olan 555 ədədi alınır və diqqətimizi gələcək bəladan xilas olmaq üçün tövbə etməyin vacibliyinə yönəldir:

669 – 114 = 555 

3) Nəsimi bazarının yanındakı Ağçiçəyim gül mağazasındakı (15.05.24) yanğının 555-ci günüdür.

4) Sumqayıtda şadlıq sarayının (04.08.23) yanmasının 841-ci günüdür ki, bundan da orjinal Quranın səhifələrinin sayını çıxsaq, yenə də diqqətimizi tövbə etməyənlərin tezliklə ağır cəzalanacağına yönəldir:

841 – 286 = 555 

5) Bu gün həmçinin Sabirabad bazarının (28.10.22) yanmasının 1.127-ci günüdür ki, bundan Quranın səhifəlrinin sayını çıxsaq, yenə də tövbə və cəza rəmzi alınır və tövbə etməyənlərin tezliklə cəzalanacağı barədə verdiyim xəbərin doğruluğunu bir daha təsdiq edir:

1127 – 286 – 286 = 555 

6) 08.11.2022-ci il tarixli astronomik xəbərdarlığın (Ay tutulmasının) 1.110-cu günüdür ki, bundan tövbə rəmzini çıxsaq, yenə də cəza rəmzi alınır və hadisnin böyük bəlanın xəbərdrlığı olduğu barədə verdiyim xəbəri növbəti dəfə təsdiqləyir:

1110 – 555 = 555
Və s

Nəticə: Bu və digər (çoxsaylı) hesablamalarımız göstərir ki, bu gün Yasamaldakı çoxmərtbəli binada ölümlə nəticələnən yanğın hadisəsi haqsızlığın, ədalətsizliyin, pozğunluğun... tüğyan etdiyi ölkəmizə Allahdan növbəti (bəlkə də sonuncu) xəbərdarlıq mesajıdır: TÖVBƏ EDİN, DOĞRU YOLA QAYIDIN! 

"Biz onların nə dediklərini çox gözəl bilirik. Sən onlara zor edən (onları zorla imana gətirən) deyilsən. Sən Mənim təhdidimdən (əzabımdan) qorxanlara Quranla öyüd-nəsihət ver!" Quran, 50:45

Dr. Paşa Yaqub,
Elmi-lədun bilicisi, 39 kitab müəllifi 
21 noyabr 2025