Yasamalda liftlərdən oğurluq edən şəxs saxlanılıb
2025-12-08 11:46:58
Hurriyyet.az xəbər verir ki, Yasamal rayonu ərazisindəki yaşayış binalarının liftlərindən ayrı-ayrı vaxtlarda oğurluqlar edilməsi barədə polisə məlumatlar daxil olub. Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Z.Nəsirov müəyyən edilərək saxlanılıb.
Binəqədi rayonunda isə bir nəfərə məxsus 7000 manat dəyərində moped oğurlamaqda şübhəli bilinən iki nəfər yeniyetmə də polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
Hurriyyet.az
