Yanğında çarəsiz qalan qadın xilas edildi - AÇIQLAMA / VİDEO
2025-12-10 13:39:27
Hurriyyet.az xəbər verir ki, ötən gün Pirallahı rayonu ərazisində yerləşən bir evdə baş verən yanğınla bağlı görüntülər yayılıb.
Əldə etdiyimiz məlumata görə, yanğın vaxtı həmin ərazidə xidmət aparan DYP əməkdaşları təcili müdaxilə ediblər.
Yanğın zamanı polis əməkdaşları mənzilə daxil olaraq köməksiz vəziyyətdə qalan fiziki məhdudiyyətli qadını xilas ediblər.
Hadisə yerinə Təcili Tibbi yardım və FHN əməkdaşları da cəlb olunub. Yanğın söndürülüb.
Hurriyyet.az
