Yanğın olan binadan dəhşətli görüntülər - VİDEO
“1001 hoqqa və sifətdən, məhkəmələrə və müvafiq orqanlara kisələrlə pul paylamaqdan (özü deyib, böhtan atmıram), məhkəmə hakiminin yanında “bizdə variantlar çoxdur, məhkəmə zad...“ deyən LOFT restoranının yiyəsi binamızı nəhayət ki yandırdı”.
Hurriyyet.az xəbər verir ki, bu sözləri jurnalist Heydər Mirzə “Facebook” hesabında yazıb.
O, Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı bir sıra məqamları qeyd edib:
“Yasamal məhkəməsini udmuşdu. 2 dəfə İTV gəldi çəkdi. Bir dəfə başqa kanal. İctimailəşdirdik. Apelyasiyaya hazırlaşırdıq. Çi fayda? Ölənlər var. Çoxlu sayda yaralananlar var. Obyektin yiyəsi yoxdur...
O dünyadan qayıtdıq. Alov görmədim. Amma tüstüdə, işıqsız koridorda nə yaşadıq…. Pişiklər salamatdır, mən də. İndi valideyinlərim gildəyəm…
FHN və polislər camaatı boğula boğula çıxartdılar. Sağ olun uşaqlar. Qəhrəmansınız!”
Jurnalist yanğın zamanı çəkdiyi videonu da paylaşımına əlavə edib.
