Saat:01:34
Haqqımızda

Yağıntılı hava şəraiti davam edir

2025-09-29 12:28:57

Yağıntılı hava şəraiti davam edir

Milli Hidrometeorologiya Xidməti sSentyabrın 29-u saat 10:00-a olan faktiki hava açıqlayıb.

Hurriyyet.az xəbər verir ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edib.

Düşən yağıntının miqdarı Lerikdə 13, Lənkəranda 6, Astarada 4, Balakən, Zaqatala, Yardımlı, Şəkidə (Kişçay) 3, Qəbələ, Cəlilabad, Qubada 2, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir,Tovuz, Oğuz, Şamaxı, Altıağac, Qusar, Göyçay, Beyləqanda 1 millimetrədək qeydə alınıb.

Yevlax, Göyçay, Lerik, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Sarıbaş(Qax), Kişçay (Şəki), Şamaxı, Qrızda duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.