Yağıntılar nə vaxtadək davam edəcək?
2025-10-17 10:48:04
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 18-i səhərədək davam edəcəyi gözlənilir.
Bu barədə Hurriyyet.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, hazırda ölkə ərazisinin bəzi yerlərində leysan xarakterli yağış yağır.
Yağıntıların sabahdan etibarən kəsiləcəyi proqnozlaşdırılır.
