Xoşqədəm TƏBİB-dən şikayətçidir - VİDEO
Xoşqədəm Hidayətqızı “Səni Axtarıram” verilişinin efirində baş verən hadisədən sonra TƏBİB-dən narazılığını dilə gətirib.
Hurriyyet.az xəbər verir ki, aparıcının sözlərinə görə, verilişdə qonaq olan Zakir kişinin halı qəfil pisləşib. Xoşqədəm Hidayətqızı onun dərhal tibbi müdaxiləyə ehtiyacı olduğunu nəzərə alaraq xəstəni özəl klinikalardan birinə göndərib.
Klinikanın kardioloqu vəziyyətin son dərəcə ağır olduğunu bildirərək təcili angioqrafiya (anju) olunmasının vacibliyini qeyd edib. Lakin qeyri-iş günü olduğu üçün Zakir kişini dövlət xəstəxanalarına yönləndirmək mümkün olmayıb. Daha narahatedici məqam isə özəl klinikanın angioqrafiya prosedurunu icra edə bilməməsidir.
Xoşqədəm Hidayətqızı bu vəziyyətə etiraz edərək bildirib ki, xəstənin həyati təhlükəsi olduğu halda tibbi xidmət göstərilməməsi ciddi problemdir və səbəbin izah edilməsini tələb edir.
