Saat:23:56
Haqqımızda

XOŞBƏXTLİYİM BİR ALQIŞDIR - Şeir

2025-07-18 13:57:23

XOŞBƏXTLİYİM BİR ALQIŞDIR - Şeir

Camalı bizi vəsf edən,
Ay, üzünü gündən alar.
Fırlanar yerin başına,
Gərçi nurun gendən alar.

Ömür sür sən açıq alın,
Deməsinlər gönü qalın,
Gəl yığma çox dünya malın,
Çün, yaradan birdən alar.

Haşa,mənəm-mənəm demə 
Ölüm bənddir bircə himə,
Əmr eyləyər mələk, cinə,
Borc olanı səndən  alar.

Adəmoğlu yetər qanki,
Böyük hanki, kiçik hanki,
Bütün cahan gücün sanki,
Bilməyirsən kimdən alar?!

Şair daim yazar,silər,
Yatan bəxti çətin gülər,
Xöşbəxtliyi alqış bilər,
Haçan onu eldən alar.

Şamil AZİZ