Saat:21:43
Haqqımızda

Xocalıda Heydər Əliyevin anım günü münasibətilə ağacəkmə aksiyası keçirilib.- FOTO

2025-12-12 11:25:51

Xocalıda Heydər Əliyevin anım günü münasibətilə ağacəkmə aksiyası keçirilib.- FOTO

Hurriyyet.az xəbər verir ki,dekabrın 12-də Xocalı rayonunun Ballıca kəndində ümumilli lider Heydər Əliyevin anım günü münasibətilə ağacəkmə aksiyası  keçirilib.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, aksiya zamanı ərazidə badam, şam və digər müxtəlif növ 220 ağac əkilib.Aksiyada Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Telman Kərimli, xüsusi nümayəndəliyin və xidmətin əməkdaşları, yerli sakinlər və Vüqar Həşimov Memorialının Təşkilat Komitəsinin sədri Sərxan Həşimov, Memorialın baş hakim Rauf Hacılı, Vüqar Həşimov Fondunun direktoru Anar Allahverdiyev də içtirak edib. Əkilən ağaclara ilkin qulluq göstərilib, suvarma işləri həyata keçirilib. Tədbir Heydər Əliyevin yaşıllaşdırma və təbiətin qorunması sahəsində formalaşdırdığı dövlət siyasətinə hörmət və ehtiramın ifadəsi kimi dəyərləndirilib.

Hurriyyet.az