Saat:23:08
Haqqımızda

“Xatirə İslam yalanları ilə kimi aldatmaq istəyir?” - ŞOK açıqlama

2025-11-17 19:56:22

“Xatirə İslam yalanları ilə kimi aldatmaq istəyir?”  - ŞOK açıqlama

“Müğənni Xatirə İslam yalanları ilə görəsən kimi aldatmaq istəyir? Onun “Xankəndidə doğulan yeganə ifaçıyam, sənətim də göz qabağında. “Xankəndi” əsərim də milyonların dilində. Bəs niyə Xankəndidə, Şuşada əsas tədbirlərdə mən yoxam? Mən heç vaxt, heç kimə nəyəsə görə danışmamışam, heç kimlə də problemim yoxdur” deyə verdiyi açıqlamada tək bir gerçək onun Xankəndidə doğulmasıdır". 

"Hurriyyet.Az" “Yeni Sabah”-a istinadla xəbər verir ki, bu açıqlama ilə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı çıxış edib. O, sosial media hesabında paylaşım edərək bildirib ki, müğənni dəvət olunsa da, heç bir tədbirə qatılmayıb:
"Sənəti, ifaçılığı nədir bu barədə heç nə yazmayacağam. Yalanı onun Xankəndidə keçirilən tədbirlərə dəvət olunmaması haqqında dedikəridir.
1 il ərzində ( Xankəndində işlədiyim müddət) Xankəndidə keçirilən bayram tədbirlərinə bu müğənni qatılmadı. Dəfələrlə burda keçirilən bayram konsertlərinə Xatirə İslam dəvət olunsa da müxtəlif səbəblər gətirib iştirakdan imtina edib. Buna mən şahidəm. Mədəniyyət və dövlət əhəmiyyətli tədbirlərə gəlmək istəməyən Xatirə İslam, siz niyə doğru olmayan məlumatlar verirsiniz?"
Afət Telmanqızı qeyd edib ki, Xatirə İslam tədbirlərə qatılmamaq qərarını özü qəbul edib:

"Hamıdan birinci siz bu torpağa gəlib, konsert verməliydiniz. Amma sizi burda görən olmadı. Doğrudur, sənətçinin hansı tədbirdə iştirak edib-etməməsi onun şəxsi qərarıdır. Siz də Xankəndidəki konsertlərdə iştirak etməmək qərarını özünüz vermisiniz. İnanın ki, sizdən heç bir gözlənti də yoxdur. İnsan torpağını sevəndə torpağı üçün əlindən nə gəlirsə edir. Sizin də bu torpağa verəcəyiniz tək şey burda oxuyacağınız mahnı ola bilərdi. Onu da özünüz çox görmüsünüz doğulduğunuz yerə. Heç olmasa Xankəndinin adını  yalanlarınızla çirkləndirməyin".
Qeyd edək ki, müğənni Xatirə İslam Nura Surinin Mədəniyyət Nazirliyini tənqid etməsi fikirlərinə qoşularaq tədbirlərə dəvət almadığını bildirmişdi.