Xatirə İslam Xankəndidəki konsertdən imtina etdi
Əslən Xankədidən olan məşhur müğənni Xatirə İslam 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə adıçəkilən şəhərdə təşkil olunacaq bayram konsertində oxumaqdan imtina edib.
Müğənni əvvəlcə konsertin təşkilatçıları ilə danışığında buna razılaşsa da, sonradan qərarını dəyişib. Saytın əməkdaşı məsələ ilə müğənninin mobil telefonuna zəng edib.
Özünü onun köməkçisi kimi təqdim edən Qönçə adlı xanım bildirib ki, bu barədə hər hansı məlumatı yoxdur:”Xatirə xanım hazırda xaricdədir”.
Araşdırma zamanı müğənninin bu imtinasının səbəbi üzə çıxıb. Məlum olub ki, Xatirə İslam Rusiya paytaxtında təşkil olunacaq Yeni İl şənliyində daha yüksək qonorar təklifini qəbul etdiyi üçün Xankəndi şəhərində oxumaqdan imtina edib. \\Gununsesi.info
