Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...
2025-12-22 17:44:22
Hurriyyet.az xəbər verir ki, Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə Suriya Xarici İşlər Naziri Əsəd Həsən Şeybani ilə birgə mətbuat konfransında çıxış edib. Fidan deyib: “SDF-nin İsrail ilə koordinasiyalı şəkildə müəyyən fəaliyyətlər həyata keçirməsi əslində Dəməşqlə davam edən danışıqlarda əsas maneədir”. Xarici İşlər Naziri Hakan Fidan, Milli Müdafiə Naziri Yaşar Gülər və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın Suriyanın paytaxtı Dəməşqdə Suriya Prezidenti Əhməd Şara və yüksək vəzifəli Suriya rəsmiləri ilə görüşüblər. Görüşlərdən sonra Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə Suriya Xarici İşlər Naziri Əsəd Həsən Şeybani ilə birgə mətbuat konfransı keçirib.
NURAY
