Xaricdə yaşayan gürcüstanlıların seçkilərdə iştirak qaydaları dəyişdirləcək
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, xaricdə yaşayan Gürcüstan vətəndaşlarına ölkə xaricində səs vermək qadağan ediləcək.
Gürcüstan Parlamenti xaricdə yaşayan Gürcüstan vətəndaşlarının ölkə hüdudlarından kənarda səs verməsini qadağan edəcək yeni Seçki Məcəlləsi üzərində işə başlayır.
Bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili brifinq zamanı məlumat verilib.
Papuaşvilinin sözlərinə görə, xaricdə yaşayan Gürcüstan vətəndaşları yalnız öz ölkələrinə qayıdaraq, qeydiyyatda olduqları yaşayış məntəqələrində səs verməklə seçkilərdə iştirak edə biləcəklər.
Papuaşvili deyib: "2024-cü il parlament seçkiləri xaricdəki seçicilərə informasiya təzyinin və siyasi təzyiqin nə qədər açıq və sərt ola biləcəyini aşkar şəkildə nümayiş etdirdi".
Hürr Tərcüman
