Xalq artisti ilə vida mərasimi keçirildi
2025-11-19 14:36:38
Xalq artisti xoreoqraf-baletmeyster Roza Cəlilova ilə Təzə Pir məscidində vida mərasimi keçirilib.
Vida mərasimində mərhumun ailə üzvləri, sənət dostları, Mədəniyyət Nazirliyinin əmakdaşları və media mənsubları iştirak ediblər.
Mərasimin ardınca cənazə dəfn olunmaq üçün "Qurd qapısı" qəbiristanlığına aparılıb.
